Dövlət Müstəqillik Günü ilə əlaqədar aşağı sinif şagirdləri ilə görüş keçirildi

18 октября 2017

Поделиться:

Oktyabrın 18-də Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi  Bəylər kənd orta məktəbində Dövlət Müstəqillik Günü ilə əlaqədar aşağı sinif şagirdləri ilə görüş keçirilmişdir.

Görüşdə dövlət himni səsləndirilmiş, Müstəqillik Günümüzün tarixinə qısa nəzər salınmış,  Bayrağımızın, gerbimizin və dövlət himnimizin yaranma tarixi barədə uşaqlara ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki,  Müstəqil bir dövlət olmaq üçün xalqımız  keşməkeşli yollardan keçmiş, hazırda isə özünü müstəqil bir dövlət kimi bütün dünyada tanıtmışdır.