“Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” adlı konfrans keçiriləcək

16 октября 2017

Поделиться:

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) 2016-cı ildən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsini həyata keçirir.

Bu layihənin əsas komponentlərindən biri də məişət zorakılığın qarşısının alınması və qurbanların müdafiəsi sahəsində müvafiq qurumlararası əlaqələndirmə şurasının yaradılması və Milli Fəaliyyət Planın hazırlanmasıdır. Bunu nəzərə alaraq, CEDAW Komitəsinin üzvü və hazırda BMT-nin Baş Katibinin Münaqişələrdə Cinsi Zorakılıqla bağlı Xüsusi Nümayəndəsi xanım Pramila Patten 17-19 aprel 2017-ci il tarixində Bakıya işgüzar səfər etmiş və hökümət nümayəndələri, bütün əlaqəli nazirliklərin nazir müavinləri ilə səmərəli görüşlər keçirmişdir. Ekspert bu görüşlərin yekun nəticələri əsasında beynəlxalq təcrübəyə uyğun gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirlərinin görülməsi üzrə qurumlararası koordinasiya mexanizminin yaradılması və milli qanunvericilik çərçivəsinin hazırlanması üzrə tövsiyələr hazırlamışdır. 

Təklif olunan tövsiyələrin müzakirəsi məqsədilə “Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövzusunda konfransın keçirilməsi nəzərdə tutulur.

Konfrans 24 oktyabr 2017-ci il, tarixində saat 09:30-dan 12:00-dək, Boulevard Hotel, “Taghiyev Ballroom” zalında keçiriləcəkdir. (Bakı şəhəri, Xəqani Rüstəmov Küçəsi 4C. AZ1010)

 Məlumat üçün bildiririk ki, sözügedən layihənin əsas məqsədi gender əsaslı zorakılığın qarşısını alınması və istiqamətləndirmə mexanizminin yaradılması prosesində Azərbaycan hökumətinə dəstək verməkdir. Layihənin digər komponentləri çərçivəsində oktyabrın əvvəlində gender əsaslı zorakılıqla səmərəli mübarizə məqsədilə dəlillərə əsaslanan müdaxilə strateqiyalarının hazırlanması üçün regionun ilk Məişət zorakılığı üzrə Məlumat Bankının təqdimatı keçirilmişdir. Məlumat Bankı zorakılıq hallarının səbəb və nəticələri haqqında sistemli və standartlaşdırılmış məlumatları özündə cəmləyərək onların emalını dəstəkləyəcək.

Qeyd olunan tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa dəvət edirik.