“Ailə büdcəsinin düzgün idarə olunması” istiqamətində maarifləndirmə işinin aparılması məqsədilə Xəzər rayonunda tədbir keçirildi

29 сентября 2017

Поделиться:

28-29 sentyabr 2017-ci il tarixlərində Xəzər rayonunda yerləşən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində baş tutan tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Ailə büdcəsinin düzgün idarə olunması” mövzusunda qadınlar üçün maarifləndirici tədbir keçirilib.

Dövlət Komitəsi tərəfindən az gəlirli ailələrdə ailə büdcəsinə uyğun maliyyə savadlılığı, gəlirlərin cəmlənməsi-aylıq gəlirlər, gəlir və xərclərin mövsümə uyğun təhlili, pulun idarə edilməsi və xərclərin gəlirlərə uyğun qurulması, vacib xərclər üzrə büdcənin qurulması, lazımsız xərclərdən qurtulmanın yolları, kreditin növləri və düşünülmüş kredit barədə məlumat verilib.

Qarşılıqlı müzakirə şəklində keçirilmiş təlimatlandırıcı tədbirdə mövzu ətrafında ailələrin yaxşı təcrübələri, fikir və təklifləri dinlənilib, onlara tövsiyələr verilib.