“Qadınların səlahiyyətləndirilməsi” mövzusunda təlim keçirildi

4 октября 2017

Поделиться:

4 oktyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və YUNESKO-nun birgə həyata keçirdiyi “Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının və peşəkar hazırlığının  gücləndirilməsi” adlı layihə çərçivəsində “Qadınların səlahiyyətləndirilməsi” mövzusunda təlim keçirilib.

Təlimdə iştirakçılar dövlət qadın siyasəti, insan hüquqlarının müdafiəsi sistemində gender bərabərliyinin təmin edilməsi, qadınların irəli çəkilməsi, qadınların yerli idarəçilikdə iştirak etmək yolları və s. ilə bağlı məlumatlandırılıb. Həmçinin, qadınların səlahiyyətləndirilməsi, ailə büdcəsinin mahiyyəti, onun planlaşdırılması, qadın sahibkarlığının inkişaf etdirilməsi, qadınların sahibkarlıq fəaliyyətinə aktiv şəkildə cəlb olunması məsələləri iştirakçıların diqqətinə çatdırılıb.

Təlimin keçirilməsində məqsəd gender bərabərliyinin təmin olunmasıqadınlarda özünə inam hissinin artırılması, onların iqtisadi hüquqlarının reallaşdırılmasına köməklik göstərilməsi, qadın hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq və milli mexanizmlərin öyrədilməsi və beləliklə, əhali arasında qadınların səlahiyyətləndirilməsi ilə bağlı maarifləndirmə işinin aparılmasdır.

Qadınların siyasi və ictimai həyatda, qərarqəbuletmə və idarəetmədə iştirakçılığının artırılması, onların səlahiyyətləndirilməsi ətrafında gedən müzakirələrdə təlim iştirakçıları aktiv iştirak ediblər və bu sahə üzrə maarifləndirmə işinin mütəmadi olaraq aparılması fikrini irəli sürüblər.

Təlimdə “Qadınların səlahiyyətləndirilməsi” mövzusunda buklet iştirakçılara paylanılıb.