Məişət zorakılığı ilə bağlı elektron məlumat bankının istifadəsinə həsr olunmuş təlim keçiriləcək

29 сентября 2017

Поделиться:

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1 oktyabr tarixli, 331 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 dekabr 2011-ci il tarixli, 207 nömrəli qərarı ilə “Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması” Qaydaları təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli, 537 nömrəli Fərmanının 1.1.-ci bəndinə əsasən məişət zorakılığı ilə bağlı məlumat bankı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycanda Gender Əsaslı Zorakılığa qarşı Mübarizə” layihəsi çərçivəsində Məişət zorakılığı ilə bağlı Məlumat Bankı yaratmışdır.

Bununla əlaqədar olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 11 oktyabr 2017-cı il saat 10:00 tarixində Məişət zorakılığı ilə bağlı elektron məlumat bankının istifadəsinə həsr olunmuş təlim keçirəcək.

Təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın, BMT-nin Əhali Fondunun, nazirliklərin, yerli İcra Hakimiyyətlərinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Qeyd olunan tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa çağırırıq.