“Bizim gücümüz birliyimizdədir” adlı tədbir keçirilib

10 июля 2015

Поделиться:

Azərbaycan Respublikası Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 10 iyul 2015-ci il tarixində Abşeron rayonunda “Bizim gücümüz birliyimizdədir“ adlı layihə çərçivəsində “Ümumdünya Əhali Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirin əsas məqsədi Abşeron rayonundan olan ailələr arasında Azərbaycan ailəsinə xas dəyərlərin və sağlam həyat tərzinin təbliği, ailələrin asudə vaxtının səmərəli təşkili, həmçinin respublika üzrə demoqrafik vəziyyətlə tanışlıq olmuşdur.

Tədbiri giriş sözü ilə açan Abşeron rayon icra hakimiyyəti başçısının müavini İradə Gülməmmədova ilk olaraq tədbir iştirakçılarını salamlamış, respublikamızda uğurla həyata keçirilən dövlət ailə siyasətinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.
O, həmçinin qeyd etmişdir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq bu kimi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ailə siyasətinin layiqincə yerinə yetirilməsinin göstəricisidir.

Tədbirin əhəmiyyətini xüsusi qeyd edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ilk öncə Abşeron rayonundan olan ailələri salamlamış, belə maarifləndirmə layihələrinin həyata keçirilməsinin əhəmiyyətini vurğulamışdır. Sədaqət Qəhrəmanova milli-mənəvi və ailə dəyərlərimizin qorunmasının vacibliyini bildirmiş, bu sahədə dövlətimiz tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər barədə geniş məlumat vermişdir.

Daha sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, professor Rəna Mirzəzadə “Ailə – məktəb münasibətlərinin düzgün təşkili ”, AMEA-nın Fəlsəfə və Hüquq İnstitunun  və Azərbaycan Turizm və Menecment Universitetinin professoru, fəlsəfə elmləri doktoru Ziba Ağayeva “Ailə büdcəsinin idarə olunması” , AQUPDK-nın Regional Mərkəzlərlə iş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva “Ailənin asudə vaxtının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği”, Etika Akademiyasının rəhbəri Günel İbrahimli “Ailə və cəmiyyətdə etik davranış qaydaları”, Abşeron rayon Statistika İdarəsinin əməkdaşı Təranə Əmirəliyeva “Demoqrafik vəziyyət” , Abşeron rayon İdman və Gənclər İdarəsinin rəisi Əsgər Əmirəliyev “Gənclərin fiziki hazırlığının önəmi” kimi mövzularla cıxış etmiş, sonra həmin mövzular ətrafında müzakirələr başlamışdır.

Tədbir zamanı iştirakçı ailələrə intellektual suallar paylanılmış,uşaqların asudə vaxtının səmərəli təşkili üçün müvafiq şərait yaradılmışdır.
Tədbirə qatılan Abşeron rayonundan olan ailələr təşkilatçılara öz minnətdarlığını bildirmiş, belə tədbirlərin keçirilməsinin faydalı olduğunu qeyd etmişlər.
Tədbirin sonunda ailələrə Komitə tərəfindən hazırlanmış və çap olunmuş maarifləndirmə vəsaitləri paylanılmışdır.