Uşaqların IV Ümumrespublika Forumu iştirakçılarının seçimi başa çatıb

22 апреля 2017

Поделиться:

Uşaqların IV Ümumrespublika Forumuna vəsiqə qazanan məktəblilərin seçimi başa çatıb.

Martın 2-də Mingəçevir şəhərində Mingəçevir, Ağdaş, Yevlax, Ucar, Naftalandan, martın 3-də Ağcabədi rayonunda Ağcabədi, Bərdə, Füzuli, Tərtər, Ağdam, Zərdabdan, martın 9-da Tovuz rayonunda Tovuz, Gədəbəy, Ağstafa, Daşkəsən, Qazax, Şəmkirdən, martın 10-da Gəncə şəhərində Gəncə, Kəlbəcər, Goranboy, Xocalı, Göygöl, Samuxdan, martın 16-da Siyəzən rayonunda Quba, Xaçmaz, Qusar, Xızı, Siyəzən, Şabrandan, martın 29-da Lənkəran şəhərində Cəlilabad, Lerik, Astara, Masallı, Lənkəran Salyan, Neftçala, Yardımlıdan, aprelin 4-də Saatlı rayonunda İmişli, Saatlı, Hacıqabul, Şirvan, Sabirabad. Biləsuvar, Beyləqandan, aprelin 7-də Şamaxı rayonunda Şamaxı Kürdəmir, Qobustan Ağsu, İsmayıllı, Göyçaydan, aprelin 11-də Zaqatala rayonunda Qax, Şəki, Balakən, Qəbələ, Oğuz, Zaqataladan, aprelin 14-də Zəngilan rayonunda Zəngilan, Şuşa, Cəbrayıl, Qubadlı, Xocavənd, Laçından, aprelin 18-də Sabunçu rayonunda Abşeron, Sumqayıt, Sabunçu, Nəsimi, Səbail, Nizami, Binəqədidən, aprelin 19-da Pirallahı, Qaradağ Xəzər, Suraxanı, Yasamal Xətai, Nərimanov rayonundan olan uşaqlar arasında seçim turları keçirilmişdir. 

Sonuncu seçim turu 22 aprel 2017-ci il tarixində Nərimanov rayonunda yerləşən 200 saylı məktəb-liseydə keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Cəmilə Bağırova tədbirdə çıxış edərək Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun keçirilməsində başlıca məqsədin uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdən ibarət olduğunu söyləyib.

Tədbirdə Nərimanov, Suraxanı, Qaradağ, Xəzər, Xətai, Yasamal və Pirallahı rayonlarından olan uşaqlarla fərdi müsahibələr aparılıb. Hər rayondan fəallığı və intellektual səviyyəsi ilə fərqlənən, fikirlərini sərbəst şəkildə ifadə edən iki şagird forumda iştirak etmək hüququ qazanıb.

Seçim turu çərçivəsində “Qələbəyə doğru” kuboku uğrunda ümumrespublika intellektual oyununun zona mərhələsi keçirilib. İntellektual oyunda həmin rayonları təmsil edən komandaların tərkibinə daxil olan 35 şagird mübarizə aparıb.

Yarışda fərqlənən Xətai komandası final turunda iştirak etmək hüququ qazanıb.

Komandaların üzvlərinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomları təqdim edilib.