Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçiriləcək

15 сентября 2017

Поделиться:

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçiriməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur. Bununla əlaqədar olaraq, “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, 14 iyun tarixində keçirilən seçkidə  9 qeyri-hökumət təşkilatı nümayəndəsi İctimai Şuranın üzvü seçilmişdir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura üzvlərinin növbəti görüşü 21 sentyabr 2017-ci il tarixində, saat 17:00-da Hökumət Evinin Konfrans zalında (II qapı) keçiriləcək. Tədbirdə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın, eləcə də QHT sədrlərinin çıxışları və fəaliyyətin genişləndirilməsi, qarşılıqlı əlaqələrin qurulması və digər məsələlərlə bağlı təkliflərinin irəli sürülməsi nəzərdə tutulmuşdur. Eyni zamanda İctimai Şura üzvlərinə üzvlük vəsiqələri təqdim olunacaq.

Tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini tədbiri işıqlandırmağa dəvət edirik.