Məişət zorakılığının aradan qaldırılması məqsədilə bir neçə ailədə görüşlər keçirildi

29 августа 2017

Поделиться:

29 avqust tarixində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən məişət zorakılığının aradan qaldırılması məqsədilə uzunömürlü ailələrin həyat təcrübəsinin gənc ailələrə öyrədilməsi üçün köçkün qəsəbələrdə bir neçə ailədə görüşlər keçirilmişdir.

Görüşlər zamanı yaşlı ailələrin ailə başçıları məişət zorakılığının aradan qaldırılması mövzusunda gənc ailələrə öz təcrübələrinə əsaslanaraq çox dəyərli  tövsiyyələr veriblər. Görüşdə Mərkəzin işçiləri də bu mövzunun hər zaman aktual olduğunu, ailələrin bu problemlə tez-tez üzləşdiyini söyləmiş və onun həlli yolları haqqında maarifləndirici söhbətlər aparmışlar.