Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” adlı məqalə müsabiqəsinin iştirakçısı Aytən Ağayevanın məqaləsi

20 июня 2015

Поделиться:

Qadın kimdir? Gəlin, əvvəlcə  bu barədə daha  dərindən düşünək …

 

Fikrimi elmi  deyil sadə  və  anlaşılan cümlələrlə  ifadə  edəcəyəm.

Və qəhrəman olaraq  bir  deyil, bütün cənublu qadınlar haqqında yazacağam.Qadın müqəddəs ana adının daşıyıcısıdır. Gözümü açandan atamı bəlkə də 10 və ya 11 dəfə  görmüşəm. Düzdür, onun bizdən uzaqlarda min bir  əzabla  qazandığı vəsaiti  hesabına böyüsəm də, ərbiyəmdə, təhsilimdə, cəmiyyətdə tutduğum bu günkü mövqeyimdə  simasında tanrını tanıdığım qadının, ananın əməyi əvəzolunmazdır. Budur qadının ucalığı.

Qadının daxilində  əslində bir uşaqlıq da gizlənib. Çünki qadın uşaqlara göstərilən  diqqətin  ona da göstərilməsini istəyir. Qadın həm də  böyük qüvvədir. O,qüvvə  ki, yaşadığı zamanın və məkanın xarakterindən asılı olmayaraq illərdir  ki, əxz etdiyi milli-mənəvi dəyərləri, mental xüsusiyyətləri qoruyub saxlayır.

“Hər  bir  kişinin arxasında  güclü xanım olmalıdır”. Bu  deyim bəlkə də çoxlarına  tanışdır. Bəli, bu  həqiqətən də  belədir. Bu gün nailiyyət əldə  edən, uğur qazanan kişilərimizin yanında özü zərif, ruhu güclü qadın dayanır.

Qəhrəmanlıqları ilə  adlarını tarixin sətirlərinə yazdıran qadınlarımız  bununla əslində   tariximizi  yaşadıblar.

Elə Koroğlunun Nigarının, Qaçaq Nəbinin Həcərinin, Uzun Həsənin anası Sara Xatunun  adını  çəkmək kifayətdir ki, qadının əslində  kim olduğunu və  nəyə  qadir olduğunu   anlayasan .

Müqayisəyə  baxın. ”Vətən  anadır”. Vətənlə müqayisə olunacaq qədər alidir qadın. Budur qadının daha  bir ucalığı. Ona verilən dəyər ,ona göstərilən hörmət .

Baxın. Dünya şöhrətli  siyasətçiləri ,ictimai  siyasi  xadimləri ,mədəniyyət  və  incəsənət  nümayəndələrini, idmançıları, bir  sözlə, tanınan və  tanınmayan hər  kəsi  dünyaya gətirən kimdir? Əlbətdə ki,  qadın. O, qadın ki, bu  gün övladının  tərbiyəsinə formal məsələ kimi yox, millətin gələcəyi kimi baxır.

Elə bu millətin gələcəyini düşünən beyinlərdən biri də Azərbaycan qadının dünyaya gətirdiyi, xalqımızın haqq səsinə səs verən Ümummilli Lider Heydər  Əliyev idi. Böyük Öndərin hakimiyyəti dövründə qadınların geniş  fəaliyyəti üçün ölkədə  hər  cür şərait  yaradıldı. O şərait ki, qadın özünü tanıdı, sübut etdi, inkişafa nail oldu.

“Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”. Bu müdrik  fikirlər dahi  öndərimizə  məxsusdur. Bu şəxsiyyət hər  çıxışında Azərbaycan qadınının keçdiyi şərəfli yoldan və  onun bacarığından, yaradıcı dühasından qürurla söz açıb.

Ümumiyyətlə, Heydər Əliyev rəhbər  olduğu bütün dövrlərdə qadınların problemlərinin həll  ilə  bağlı məsələləri daim diqqət mərkəzində saxlayıb.

Elə bu  diqqətin nəticəsidir  ki, uzun illərdir cəmiyyətin bütün sahələrində təmsil olunan Azərbaycan qadınları hazırda Milli Məclisdə də təmsil olunurlar. Və onların sayı günü –gündən artır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da  İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin İnkişafında Qadınların rolu mövzusunda Nazirlərin V Konfransında çıxışı zamanı bu faktı təsdiqləyib.

Bir məqamı isə xüsusilə  vurğulamaq lazımdır  ki, yaşadığı  rayonun ictimai-siyasi  həyatında fərqlənən qadınlara fəxri adların verilməsi, onların  orden-medallarla təltif olunması ənənəsi də məhz dahi  liderin hakimiyyəti  dövründə  mövcud  olub.

Ümumiyyətlə,  Azərbaycanda qadına hər zaman dəyər  verilib. Ölkənin cənubunda -Hüriyyət Ağayeva, (Respublikanın əməkdar mədəniyyət  işçisi ,əmək igidliyinə  görə medalı), Səmayə Əliyeva,(Sosialist əməyi qəhrəmanı, Prezident təqaüdçüsü )Böyükxanım Əliyeva (Azərbaycan Respublikasının xalq artisti ) Nərgiz Əliyeva (Bədii Gimnastika üzrə Respublika çempionu), Sevda Əlibəyli (“Söz” jurnalının baş redaktoru ,Prezident təqaüdçüsü), Şamama Ələkbərova (Azərbaycan SSR-İ Ali Sovetinin deputatı, Qırmızı  Əmək Bayrağı ordeni), Teyyubə Ələsgərova (Filologiya elmləri  namizədi, şərqşünas) Tuğra Cəfərova (Qırmızı Əmək Bayrağı ordeni, Lənkəranda ilk traktorçu qadın) Həqiqət Rzayeva (Xalq artisti-Lənkəranda musiqi  məktəbi  onun adını daşıyır), Minəvvər  Kələntərli(Xalq artisti )kimi minlərlə belə  qadınların adını  çəkmək kifaytədir  ki, qadın əməyinə  verilən dəyərin şahidi  olasan.

Bununla  yanaşı, Respublikamızda 1998-ci ildə qadınların problemlərini dövlət səviyyəsində həll etmək üçün  Ulu Öndərin xüsusi fərmanı ilə  “Qadın Problemləri üzrə Dövlət Komitəsi” yaradıldı. Qadına verilən daha bir dəyər. Çünki bir çox ölkələrdə belə xüsusi qadın komitələri yoxdur.

Azərbaycan qadınına göstərilən daha bir  diqqətin nəticəsiydi  ki, Ulu Öndər Heydər  Əliyevin tövsiyəsi ilə 1995-ci ildə YAP-ın tərkibində qadın şuraları yaradıldı. Və bu gün 651 min 255 nəfərlik  möhtəşəm YAP ordusunun 43 %-i qadınlardır. Və  bu qadınların əksəriyyətini   təhsil və səhiyyə, mədəniyyət və incəsənət işçiləri, alimlər təşkil edir. Onların arasında ali və orta ixtisas məktəblərinin tələbələri, kənd təsərrüfatında, istehsal sahələrində işləyən qadınlar da var .

Bəli, bu  partiyada Azərbaycan qadınlığının yüksək siyasi şüurlu və mübariz hissəsi toplanıb. Və adıçəkilən partiyanın Lənkəran Şəhər Təşkilatında da qadınlar sayı təxminən 40 faizə bərabərdir. 10 min 500 yüz nəfər üzvü olan YAP-Lənkəran şəhər Təşkilatının  Qadınlar Şurasının sədri  qabaqcıl maarif xadimi Ofelya xanım Qənbərovadır. Düzdür, yazımın əvvəlində” qəhrəman olaraq  bir  deyil, bütün qadınlardan bəhs edəcəyəm” ifadəsini  qeyd etsəm də, Cənub bölgəsinin ən fəal qadınlarından olan Ofeliya Qənbərovanın adını çəkib də haqqında yazmamaq qəbahətdir  məncə.

Bu qadın 1978-2006-cı  illərdə Lənkəran rayon Digah kənd orta məktəbinin direktoru, 2006-2014-cü illərdə isə  Osman Mirzəyev adına Lənkəran Şəhər Qarışıq Tipli  Uşaq Evinin direktoru  kimi çətin ,və  şərəfli  vəzifələri  icra edib. Bir  sözlə, bu Azərbaycan qadını rayonun ictimai və siyasi  həyatında fəal iştirakına  görə “Tərəqqli” medalı  ilə  təltif olunub.

Elmira Axundov a(, ”Şöhrət” ordenli millət  vəkili ), Elduzə xanım Əhmədova (Lənkəran rayon qadınlar şurasının sədri) və  digərləri haqında yazmaq kifayət edər ki,  qadın adının, mənliyinin, aliliyinin nə  qədər  şərəfli  olduğunu  hiss edəsən.

Hazırda Cənub bölgəsində rəhbər  vəzifələrdə  çalışan qadınların sayı  45 %-ə bərabərdir. Onlar arasında təhsil, səhiyyə işçiləri üstünlük təşkil edir.

Ümumiyyətlə, son 20 ildə qadınların dövlət qurumlarında, ictimai-siyasi həyatda təmsil olunmaları Ulu Öndərin əsasını qoyduğu liberal gender siyasəti nəticəsində mümkün olub.

Bu gün isə Azərbaycan qadınının kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunması İlham Əliyevin bu sahədə həyata keçirdiyi məqsədyönlü  islahatların nəticəsidir .

Daha bir faktı  qeyd etmək yerinə  düşər ki, bu  gün Respublikamızın bütün bölgələrində o cümlədən  Cənub bölgəsini əhatə edən, Lənkəran (Rasilə Arif qızı Əliyeva- İcra Hakimiyyəti başçının müavini), Cəlilabad(Əliyeva Dürdanə Rafiq qızı -Rayon İcra Hakimiyyəti başçının müavini) Masallı (Xəlilova Gülşən Seyfulla qızı- Rayon İcra Hakimiyyəti başçının müavini), Astara (Rəsulova Yasəmən Mövlam qızı- Rayon İcra Hakimiyyəti başçının müavini), Lerik (Vəliməmmədova Arzu Həmzə qızı- İcra Hakimiyyəti başçının müavini), Yardımlı (Aygün Şabıyeva-Rayon İcra Hakimiyyəti başçının müavini) və Biləsuvar (Qəmbərova Xəyalə Nazim qız- Rayon İcra Hakimiyyəti başçının müavini) rayonlarında İcra Hakimiyyəti başçısının müavinlərindən biri  qadındır

Respublikanın birinci  xanımı Mehriban Əliyevanın  timsalında indi  Azərbaycan qadını tarixdə özü üçün yeni bir mərhələ açıb. Hazırda  ölkəmizdə qadın hərəkatının forma və metodları müasirləşib. İndi Azərbaycan qadını nəinki ölkəmizdə onun hüdudlarından kənarda da Azərbaycan həqiqətlərinin dünyada yayılmasına xidmət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kimi. Bu qadın artıq neçə ildir  ki, Qarabağ münaqişəsinin ən qanlı və dəhşətli səhifələrindən biri-Xocalı  soyqırımının bütün dünyada tanıdılması istiqamətində  səylə  çalışır.Və zərif bir qadının əməyinin bəhrəsidir  ki, bu gün Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina və  digər  ölkələrin parlamentləri Xocalı faciəsini “soyqırımı və Azərbaycana qarşı cinayət aktı” kimi tanıyıblar.

Bir sözlə,  bu  gün Cəmiyyətləri idarə edən səlahiyyətli şəxslər arasında qadınların sayı günü-gündən artır. Bu proses istər siyasətdə, istər   iqtisadiyyatda, istər  elmdə, istər təhsildə, istər səhiyyədə, istərsə də mətbuatda aydın şəkildə hiss olunur.  Ümumiyyətlə,  təhsil, səhiyyə, mədəniyyət sahələrində qadınlarımızın uğurları danışmaqla məhdudlaşmır. Buna yalnız  bir ad vermək olar. Azərbaycan qadını öz hüquqlarından düzgün şəkildə  istifadə  etməyi bacarır. Respublikamızda idman sahəsində adları vətənimizin hüdudlarından kənarda da hörmətlə çəkilən qadınlarımız, qızlarımız var. Yaxın keçmişimizdən  deyil, bu  günümüzdən danışaq.

İyunun 12-28-də paytaxta keçiriləcək  ”Bakı Avropa Oyunları 2015″.

Hamıya məlumdur  ki, I Avropa Oyunları alovunun Naxçivandan sonra ikinci dayanacağı aprelin 29-da qədim tarixi və zəngin təbiəti ilə seçilən Lənkəran şəhəri oldu. Axşam saatlarında Məşəl Estafeti Bayraq meydanında start götürdü. Yürüşə çıxanlar arasında  İlk Avropa Oyunlarının 11 elçisindən biri olan qadın idmançımız kamandan oxatma idmanı ilə məşğul olan 16 yaşlı Suğra Müqabilzadə də var idi. Azərbaycanı Nankinq olimpiadasında təmsil edən  bu  qızı Bakıda keçirilən Federasiyalar Kuboku beynəlxalq turnirində 3-cü yerə layiq görülməklə ən böyük uğuruna imza atıb. Digər qadın idmançımız, adını Azərbaycanın idman tarixinə  həkk etdirən atletika üzrə məşqçi-müəllim Məlahət Tağıyeva da onların sırasında idi. Hansı  ki, bu  qadın Heydər Əliyev parkında gurultulu alqışlarla qarşılandı. Və Rayon rəhbərliyi  ilə  birlikdə  simvolik məşəli  alovlandırdı. Bir sözlə, adlarını  qeyd etdiyim idmançılarla  yanaşı  digər  qadın idmançılarımız da öz  timsallarında bir daha sübut edirlər  ki, qadın idmanın bütün sahələri  üzrə  öz sözünü deməyi  bacarır.

Nəinki  idman mədəniyyət və incəsənət sahəsində  də ölkəmizi  xarici dövlətlərdə  layiqincə  təmsil edən ,bayrağımızı  zirvələrdə  dalğalandıran qadınlarımızın sayı  kifayət  qədərdir. Elə  götürək, Cənub bölgəsində  fəaliyyət  göstərən Lənkəran şəhər uşaq rəssamlıq , Lənkəran şəhər  1 və  2 saylı uşaq musiqi və Lənkəran Şəhər Şahmat məktəblərinin qızlardan ibarət yetirmələrini, Qızıl medal, diplom, sertfikatlara layiq görünən bu balacalar da gələcəyin anası, qadınıdırlar.

Elə isə gələcəyimiz haqqında daha dərindən düşünək. Çünki qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün və gələcəyimizin dayağıdır.