Sünnət xeyriyyə aksiyası keçirildi

25 августа 2017

Поделиться:

25 avqust-da İsmayıllı  rayon İcra Hakimiyyətinin və Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşəbbüsü və təşkilatçılığı  ilə Rayon Mərkəzi Xəstəxanasında sünnət xeyriyyə aksiyası keçirilmişdir.

Xeyriyyə aksiyasına 30-a yaxın imkansız və aztəminatlı ailələrin uşaqları cəlb olunmuşdur. Rayon  Mərkəzi  Xəstəxanasının 3 cərrah-həkimi tərəfindən edilən əməliyyatların hamısı uğurla həyata keçmişdir.

Sünnət olunan uşaqlara hədiyyələr təqdim edilmişdir.