“Sülh və milli mənəvi dəyərlərimiz” adlı tədbir keçirildi

25 августа 2017

Поделиться:

Avqustun 25-də Zərdab Uşaq və Ailələrə  Dəstək  Mərkəzində Beynəlxalq Sülh  aylığı çərçivəsində “Sülh və milli mənəvi dəyərlərimiz” adlı tədbir  keçirilmişdir.

Mərkəzin  sosial  iş  üzrə  mütəxəssisi  “Sülh günü” və “Sülh Aylığı”-nın yaranma  tarixi  haqqında uşaqları  məlumatlandırmışdır. O bildirmişdir ki, sülh bəşəriyyətin məqsədi, missiyası, həm də halal haqqıdır. Sülh dinclik,  əmin-amanlıq,  qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. O, Sülh gününün nəinki xalqlar arasında, həmçinin  ailələrdə, məktəblərdə, ictimaiyyətdə  münasibətlərin  sağalmasına,  zorakılığa  qarşı   mübarizənin  gücləndirilməsinə nail olmaq üçün bir fürsət olduğunu bildirmişdir.

Mərkəzin sosial pedaqoqu da çıxışında bu  ilki Müqəddəs  Qurban  bayramının da   Sülh aylığına düşdüyünü bildirərək iştirakçılara milli-mənəvi  dəyərlərimizdən  danışmış,  İslam dininin ən sülhsevər  din olduğunu vurğulamışdır. Uşaqlar sülhə aid hazırladıqları musiqi kompozisiyası ilə tədbirə xüsusi rəng qatdılar.

Tədbirin sonunda Müqəddəs Qurban bayramı və yeni dərs ilinin açılması münasibəti ilə 15 aztəminatlı ailənin uşaqlarına məktəbli çantası və məktəb ləvazimatları hədiyyə verilmişdir.