İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Təbiəti öyrənək və qoruyaq” adlı maarifləndirmə tədbiri keçirilib

18 августа 2017

Поделиться:

15 avqust tarixində İsmayıllı rayonunda yerləşən istirahət mərkəzində keçirilən tədbirdə əsas diqqət yay aylarında təbiətdən təhlükəsiz istifadəyə yönləndirilib. İsti günlərdə təbiətqoynunda dincəlməyə gələnlər çox olur. Bəs necə etmək lazımdır ki, həm yaxşı dincələk, təbiətdən zövq alaq, həm ona ziyan vurmayaq, həm də öz təhlükəsizliyimizi gözləyək. İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları tədbir iştirakçıları olan uşaqlara bütün bunlar barədə ətraflı məlumat veriblər və əyani nümunələr əsasında təbiətdən təhlükəsiz istifadə qaydalarını izah ediblər. 
Uşaqlar təlimçilərlə birgə çadır qurub, ziyanvericilərdən qorunmaq yolları barədə geniş məlumat əldə ediblər.  Meşədə tonqal, ocaq qalamağın isti aylarda nə kimi fəsad verə biləcəyi də uşaqlara əyani şəkildə izah olunub.

 Sonda uşaqların sualları cavablandırılıb.