Uşaqların yay tətili

1 августа 2017

Поделиться:

Uşaqların yay tətili günlərini səmərəli təşkil etmək məqsədilə Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi icmadan olan bir qrup uşaqlar üçün beş günlük əyləncəli proqram təşkil edib.

Uşaqlar Mərkəzdə olduğu müddətdə onlar üçün müxtəlif əyləncəli oyunlar, şeir, tapmaca və rəsm yarışmaları təşkil edilməklə yanaşı, onlara Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş film nümayiş olunub, müstəqilliyimiz, dövlət atributları barədə maraqlı məlumatlar verilib. 

Hər il ənənəvi olaraq, təşkil olunan bu proqram uşaqların sevincinə səbəb olmaqla yanaşı, müxtəlif qruplardan olan uşaqların bir arada toplanaraq cəmiyyətə inteqrasiyasına və maraqlı, maarifləndirici məlumatların öyrənilməsinə şərait yaradır.