Qəbələ Rayon Heydər Əliyev Muzeyində “ XX Əsrin ən dəhşətli Faciəsi” mövzusunda dəyirmi masa keçirilmişdir

22 февраля 2013

Поделиться:

Qəbələ rayon Heydər Əliyev Muzeyində 22 fevral 2013-cü il tarixində  “XX əsrin ən dəhşətli faciəsi” mövzusunda tədbir keçirilmişdir.  Xocalı soyqırımına həsr olunmuş tədbirdə 63 nəfər iştirak etmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin  nümayəndəsi Zahid Əfəndiyev, Gənclər və idman idarəsinin əməkdaşı Mübariz Ağayev, şəhər  məktəblərinin  müəllimləri,  Qəbələ Turizm və Otelçilik üzrə Peşə  litseyinin şagirdləri,  Qəbələ Uşaq və  Ailələrə Dəstək Mərkəzinin kollektivi,  muzeyin əməkdaşları  iştirak etmişlər.
 
Tədbiri giriş sözü ilə muzeyin direktoru Xəyalə İsayeva açmış Xocalı soyqırımı ilə bağlı öz fikirlərini bildirmişdir.  Tədbirdə başqaları ilə yanaşı Qəbələ UADM-in direktporu  R.Mahmudova  da   çıxış etmiş, Xocalı soyqırımı barədə tarixi faktları söyləməklə yanaşı,  gənc müəllimlərin  dəyirmi masada söylədikləri  fikirlərini  məktəblərdə davamlı olaraq uşaqlara çatdıracaqlarına  və bu  XX əsrin ən dəhşətli soyqırımını  ancaq kütləvi informasiya vasitələrindən izləyən uşaqları vətənpərvərlik ruhunda tərbiyə edəcəklərinə əmin olduğunu bildirmişdir. Tədbirin  sonunda  “Xocalı  Harayı” adlı  film  nümayiş etdirilmişdir.