QƏBƏLƏDƏ NOVRUZ ŞƏNLİYİ KEÇİRİLMİŞDİR

18 марта 2013

Поделиться:

Qəbələ   Uşaq  və  Ailələrə   Dəstək   Mərkəzi   18 mart  2013-cü  il tarixdə  “Qəbələ”  oteldə  Novruz  şənliyi  keçirmişdir.   Novruz  şənliyində    62 nəfər    sağlamlıq imkanları məhdud olan  uşaqlar,  valideynləri   və qonaqlar  iştirak etmişdir.   
 
Novruz şənliyində  RİH-nin  Humanitar sahə üzrə müavini Ətayə Osmanova,  Qızıl Aypara Cəmiyyətinin sədri  Sədaqət Byayramova, Zarağan İnzabati Ərazi nümayəndəsinin müavini Sənubər Əhmədova,  “Qafqaz” Sport otelin kadrlar şöbəsinin müdiri  Ziyad Orucov,  QHT resurs mərkəzinin nümayəndəsi  Şəmsiyə Əzimova, “Qəbələ” Qəzetinin nümayəndəsi Səhrab Umuyev İştirak etmişlər.
Tədbiri  Qəbələ  UADM-in  direktoru  R. Mahmudova  açaraq  görülmüş işlərdən danışdı, sağlamlıq imkanları məhdud olan uşaqları, valideyinləri və tədbirdə iştirak edən qonaqları  qarşıdan gələn  Növruz Bayramı münasibətilə  təbrik etdi. Tədbirdə iştirak edən   musiqiçilər sağlamlıq imkanları məhdud olan uşaqların tədbirdə şənlənməsi üçün rəngarəng  musiqi proqramı təqdim etdilər. Tədbirdə  uşaqlarla birlikdə  qonaqlar və valideyinlər  rəqs etdilər və uşaqları şənləndirdilər. Tədbirin sonunda sağlamlıq imkanları məhdud olan uşaqların ailələrinə  ərzaq payı paylanmışdır.