Zaqatala rayon UADM –in «Gənc ana» kurslarına hazırlıq movzusunda maarifləndirici tədbirlər keçirmişlər

29 мая 2013

Поделиться:

May ayında Zaqatala rayonunun ümumtəhsil məktəblərində  «Gənc ana kurslarına  hazırlıq mövzusunda  bir sıra maarifləndirici tədbirlər keçirilmişdir. Bu tədbirlər rayonun  Suvagil, Kəpənəkçi, Qandax kəndlərində keçirilmişdir.Tədbirlərdə yuxarı sinif şagirdləri, valideynlər, müəllimlər, məktəb direktorları, gənc analar  nişanlı qızlar, agbirçəklər iştirak edirdilər.

Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin işçiləri, agbirçəklər  müəllimlər cixiş edərək qızlarımız ailədə gələcəkdə problemlərlə üzləşməmələri  ücün   gənc analara,  nişanlı qızlara, yuxarı sinif şagirdlərinə bir sıra    məsləhətlər verdilər və onları  Mərkəzdə  fəaliyyət göstərən kurslara dəvət etdilər.