Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Fövqəladə Hallar Nazirliyi ilə birgə Zaqatala rayonunda təlimlər keçirmişdir

10 июля 2014

Поделиться:

Birləşmiş Millətlər Təşkilatının CEDAW – Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının öhdəliklərindən irəli gələn tövsiyələrdən biri də fövqəladə hallar zamanı qadın və uşaqları nəzərdə tutan xüsusi yanaşmaların həyata keçirilməsidir. Bu məqsədlə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Fövqəladə Hallar Nazirliyi ilə birgə Respublikanın fövqəladə hallara həssas olan bölgələrində, o cümlədən Zaqatala, Sabirabad  rayonlarında icma qadınları üçün təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

İlkin olaraq 2014-cü ilin iyul ayının 9-10-da Zaqatala rayonunun Dombabinə və Yeni Suvagil kəndlərində təlimlər aparılmışdır. Kənd ərazi nümayəndəliyinin inzibati binasında təşkil olunan təlimlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional Mərkəzlərlə iş şöbəsinin, Komitə nəzdində fəaliyyət göstərən Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, Kənd Ərazi nümayəndəliyinin  üzvləri iştirak etmişlər. Komitə əməkdaşları tərəfindən keçirilən təlimin aktuallığı vurğulanmış, ekstremal situasiyalarda insanların davranış reaksiyaları və onların psixi sağlamlığının qorunması məsələlərindən danışılmış, psixoloji məsləhətlər verilmişdir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşı tərəfindən nazirliyin fəliyyəti ilə bağlı video-çarx və fövqəl hallarda  təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı prezentasiya nümayiş olunmuş, zəlzələ eləcə də digər ekstremal situasiyalarda, eləcə də də fərdi təhlükəsizlik qaydaları haqqında geniş təlimat verilmişdir.

İki kənddən ümumilikdə 80 nəfərdən artıq qadının iştirak etdiyi tədbirdə mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmış, təhlükəsizlik tədbirlərinin zəruriliyi ilə bağlı təlimatlar verilmişdir.