“Məişət zorakılığına və erkən nikaha son”

11 ноября 2014

Поделиться:

11 noyabr 2014-cü il tarixdə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Zərdab rayon Alıcanlı kənd orta məktəbində “Məişət zorakılığına və erkən nikaha son” adlı tədbir keçirilmişdir.

Tədbirdə Alıcanlı kənd orta məktəbinin direktoru, müəllim kollektivi və 10-11-ci sinif şagirdləri , kənd İcra nümayəndiliyinin əməkdaşları iştirak etmişdir.

Tədbirdə çıxış edənlər  uşaqların həyatında zorakılığın və  erkən nikahın törətdiyi fəsadlarından söhbət açaraq, bu sahədəki problemləri müzakirə etdilər. Tədbirin sonunda maarifləndirici buklet və “ailələrə  məktub” paylanıldı.