Zərdab UADM-nin təşkilatçılığı ilə “Uşaqlarla pozitiv munasibətlərin qurulması” adlı dəyirmi masa keçirilmişdir

27 апреля 2015

Поделиться:

Sağlamlıq imkanları məhdud olan uşaqlara diqqət və qayğının artırılması, onların problemlərinin həllinə cəmiyyətin cəlb olunması  məqsədilə 27 aprel 2015-ci il tarixində Zərdab şəhər 3 saylı tam orta məktəbdə  “Uşaqlarla pozitiv münasibətlərin qurulması” adlı dəyirmi masa keçirilmişdir.

Uşaqların hərtərəfli sağlam böyümələrində məsuliyyətin dərki və valideynlərin maarifləndirilməsi məqsədi ilə keçirilən dəyirmi masada Rayon Həmkarlar Təşkilatından, Gənclər İdarəsindən, Mədəniyyət evi və kitabxanadan nümayəndələr, Qızıl Aypara Cəmiyyətinin Zərdab bölməsindən  qonaqlar  və valideynlər dəvət olunmuşdur. Tədbirdə  uşaqların normal inkişafı üçün valideynlərin onlara yaratmalı olduğu şəraitdən, ata-ana münasibətlərindəki gərginliklərin uşaqlarda yaratdığı fəsadlar, valideynlərin uşaqlarla ünsiyyət qurma tərzi, uşaqlara fiziki gücün tətbiq olunmasının onların tərbiyəsinə təsiri və s. mövzularda  çıxışlar və müzakirələr olmuşdur.