Zərdab UADM-nin təşkilatçılığı ilə Dəkkə kənd Mədəniyyət evində “Zorakılığa yox deyin” adlı icma dinləməsi keçirilib

4 ноября 2015

Поделиться:

Noyabrın 4-də Zərdab UADM-nin təşkilatçılığı ilə qadınlara qarşı zorakılığın aradan qaldırılması və insanların bu sahədə maarifləndirilməsi məqsədi daşıyan “Zorakılığa yox deyək” adlı icma dinləməsi keçirilib.

Tədbir Dəkkə kənd icra nümayəndəsinin, mədəniyyət və kitabxana  üzvlərinin, YAP Zərdab təşkilatının və Qızıl Aypara Cəmiyyətinin Zərdab bölməsindən qonaqların dəvəti ilə baş tutub. Çıxış edənlər  qadınlara qarşı zorakılığın yolverilməz olduğunu, zorakılığa məruz qalmış insanlara kömək etmək və zorakılıq törədən şəxslərin qanun qarşısında cavab verməli olduğunu qeyd ediblər.

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və bukletlər paylanılıb.