Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi “Sevginizi Əsirgəməyin” adlı tədbir keçirib

3 декабря 2015

Поделиться:

Dekabrın 3-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi “Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş “Sevginizi Əsirgəməyin” adlı tədbir keçirib.

Təbir  Əlillər Cəmiyyətindən, Gənclər və İdman İdarəsindən, Rayon Mərkəzi Xəstəxanasından və Mədəniyyət Evindən qonaqlar dəvət ilə baş tutub.

Tədbirdə çıxış edənlər ölkəmizdə əlilliyi olan insanların  sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərdən danışıb və sağlamlıq imkanları məhdud insanların, şəhid ailələrinin, müharibə veteranlarının daima dövlətin diqqət mərkəzində olduğu vurğulanıb. Bu günün məqsədi cəmiyyət üzvlərinin diqqətini əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. Tədbirdə əlilliyi olan uşaqlara ehtiyaclarına uyğun hədiyyələr paylanılb.

Tədbirdən sonra Mərkəz əməkdaşları sağlamlıq imkanı məhdud Sona xanımın evində olub, səhhəti və onu narahat edən problemləri ilə maraqlanıblar.