“Narkomaniya insan həyatını məhv edir”

25 января 2016

Поделиться:

Yanvarın 25-də Zərdab şəhər 1 saylı məktəb-liseydə şagirdlərin iştirakı ilə “Narkomaniya insan həyatını məhv edir” mövzusunda seminar  keçirilib.

Tədbirdə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, Gənclər və İdman İdarəsinin rəisi, 1 saylı-məktəb liseyin direktoru və Təhsil şöbəsinin nümayəndəsi çıxış edərək, narkomaniyanın törətdiyi fəsadlardan, ölkəmizdə narkomaniya və narkobiznesə qarşı dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən danışıblar.

Tədbirin sonunda şagirdlərə mövzu ilə bağlı maarifləndirici çap materialları paylanılıb və video-çarx nümayiş olunub.