Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi “Sağlam ailə” mövzusunda dəyirmi masa keçirib

11 февраля 2016

Поделиться:

Fevralın 11-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı Gəlmə kənd kitabxanasında “Sağlam ailə” mövzusunda dəyirmi masa keçirilib.

 Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Zərdab rayon bölməsinin, Gəlmə kənd Mədəniyyət Evinin və kitabxananın əməkdaşları, kəndin tibb bacısı iştirak edibdir. Masa ətrafında ailə nədir, ailənin funksiyaları, ailədə gender bərabərliyi, ailələrdə uşaqların cinsi ayrı- seçkiliyi, ailə büdcəsi, ailə psixologiyası, ailə planlaşdırılması, gənc ailələrlə bağlı həyata keçirilən dövlət siyasəti və s. mövzularda   çıxışlar edilib və müzakirələr aparılıb.