”ASAN məktub” layihəsi bu dəfə Füzuli rayonunda təşkil edilib

14 июля 2017

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “ASAN Könüllüləri” ilə birlikdə həyata keçirdiyi ”ASAN məktub” layihəsi bu dəfə Füzuli rayonunda olub. Rayonun köçkünlərin yerləşdirildiyi Zobcuq qəsəbəsində yaşayan uşaqlar kiçik arzularını qeyd etdikləri “asan məktub” ilə yanaşı dünyaya sülh mesajları qeyd etdikləri “sülhməramlı məktub” da yazıblar. Məktubda uşaqlar iyulun 4-ü erməni terrorçuları tərəfindən qətlə yetirilən Zəhranın ölümünə çox kədərləndiklərini, torpaqlarımızın geri qaytarılmağını və sülh şəraitində yaşamaq istədiklərini qeyd ediblər.