İnsan alveri qurbanlarının reabilitasiyasının təşkili, bu sahədə çalışan sosial işçilərin, psixoloq və tibb işçilərinin peşəkarlığının artırılması məqsədi ilə təlim keçirilib.

6 июля 2017

Поделиться:

5-6 iyul 2017-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Zaqatala rayonunda İnsan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planının 13.4.1 bəndinə əsasən, insan alveri qurbanlarının  reabilitasiyasının təşkili, bu sahədə çalışan sosial işçilərin, psixoloq və tibb işçilərinin peşəkarlığının artırılması məqsədi ilə təlim keçirilib.

Tibb işçiləri, psixoloq və sosial işçilərin qatıldığı təlim zamanı birgə sosial işin təşkilinə dair müzakirələr aparılıb, suallar cavablandırılıb.