“Ailə büdcəsinin düzgün idarə olunması” istiqamətində maarifləndirmə işinin aparılması məqsədi ilə Zaqatala rayonunda tədbir keçirilib

6 июля 2017

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Ailə büdcəsinin düzgün idarə olunması” istiqamətində maarifləndirmə işinin aparılması məqsədi ilə Zaqatala rayonunda tədbir keçirilib. 

5 iyul 2017-ci il tarixində Zaqatalanın Dağlı kəndində baş tutan tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailə büdcəsinin düzgün idarə olunması” mövzusunda gənc xanımlar üçün təlimatlandırıcı təqdimatı nümayiş edilib. Dövlət Komitəsi tərəfindən az gəlirli ailələrdə ailə büdcəsinə uyğun maliyyə savadlılığı, gəlirlərin cəmlənməsi-aylıq gəlirlər, gəlir və xərclərin mövsümə uyğun təhlili, pulun idarə edilməsi və xərclərin gəlirlərə uyğun qurulması, vacib xərclər üzrə büdcənin qurulması, lazımsız xərclərdən qurtulmanın yolları, kreditin növləri və düşünülmüş kredit barədə məlumat verilmişdir. Qarşılıqlı müzakirə şəklində keçirilmiş təlimatlandırıcı tədbirdə, mövzu ətrafında ailələrin yaxşı təcrübələri, fikir və təklifləri dinlənilmiş, onlara tövsiyələr verilib.