"Dayaq” mentorluq proqramı çərçivəsində tədbirlər keçirildi

23 июня 2017

Поделиться:

2012-ci ilin ikinci yarısından etibarən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə qadınların ictimai həyatda iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etmək məqsədi ilə Azərbaycan qadın bələdiyyə üzvləri üçün “DAYAQ” Mentorluq Proqramının icrasına başlanılmışdır. İlk mərhələdə Abşeron rayonu, Bakı şəhəri Qaradağ rayonu və Sumqayıt şəhərindən olan qadın bələdiyyə üzvləri ilə görüşlər keçirilmiş, proqramda iştirak etmək istəyən stajorlar seçilmişdir.

2017-ci ildə “Səmərəli Ünsiyyət” adlı təlimat kitabçasının təbliği məqsədilə 25 aprel Şəmkir, 26 aprel Gədəbəy və Daşkəsən, 1 may Tovuz və  Qazax, 2 may Ağstafa, 15 may Samux və Goranboy, 16 may Göygöl, 18 may Siyəzən, 30 may Hacıqabul, 31 may Şirvan, 16 iyun Salyan, 19 iyun Göyçay və Ağdaş, 20 iyun Kürdəmir və Ucar, 22 iyun Şabran rayonlarında bələdiyyə üzvləri üçün təlim seminarlar keçirilmişdir.

Qeyd edək ki, 2013-cü ildə də layihənin davamı olaraq Stajorların Awarens Campaign (İctimai məlumatlandırma) mövzusunda təlimatlandırılması məqsədilə təlim-seminar keçirilmişdir.

2014-cü ildə bələdiyyələrə yeni seçilən qadınların bələdiyyə idarəetməsində rolunun və iştirakının artırılması  istiqamətində peşəkar layihələrin işlənib hazırlanmasını nəzərdə tutan praktik tövsiyyələrdən ibarət “Fəal ol” adlı Təlimat Kitabçası hazırlanıb nəşr olunmuşdur. Təlimat Kitabçası yerli özünü idarəetmədə təmsil olunan qadınların yaşadıqları icmalarda öz layihələrini həyata keçirmək üçün 15-dən çox müxtəlif  fəaliyyətləri özündə əks ətdirir.  “Fəal ol” adlı təlimat kitabçasının təbliği məqsədilə 2014-cü ildə Sumqayıt, Gəncə, Lənkəran şəhərində və Abşeron, Ağcabədi, Bərdə, Gədəbəy, Massallı, Bakı şəhəri Xəzər rayonunda  təlimlər keçirilmişdir. Həmçinin proqram çərçivəsində qadın bələdiyyə üzvülərinin iştirak etdiyi “Çərçivədən Kənar”  adlı multi-media sərgisi hazırlanmış, Gədəbəy, Qax, Balakən, Zaqatala rayonlarında və  Şəki şəhərində nümayiş etdirilmişdir.

2015-ci ildə də praktiv tövsiyələrdən ibarət olan “Fəal ol” adlı təlimat kitabçasının təbliği məqsədilə Xaçmaz, Şamaxı, İsmayıllı, Ağdaş, Zaqatala rayonunda qadın bələdiyyə üzvləri və sədrləri üçün təlimlər keçirilmişdir.   Həmçinin 2015-ci il iyul ayı ərzində yerli özünüidarəetmədə təmsil olunan qadınlar üçün «Səmərəli Ünsiyyət» adli silsilə 12 təlim keçirilmişdir. Siyəzən və Şabran,  Qusar, Gəncə, Şəmkir, Tovuz, Qazax, Gədəbəy, Sabirabad və İmişli, Ağcabədi, Yevlax şəhər qadın bələdiyyə üzvləri, icma rəhbərləri cəmi 400 nəfər  təlimdən bəhrələnmiş və burada aparılan müzakirələrdə aktiv iştirak etmişdirlər. 

2016 – ci ildə «Səmərəli Ünsiyyət» adlı təlimat kitabçasının təbliği məqsədilə Bakı şəhəri Xətai, Suraxanı , Sabunçu, Xəzər, Qaradağ rayonu, Abşeron,  Quba, Qusar, Xaçmaz, Ağsu, İsmayıllı, Qəbələ, Şamaxı, Saatlı, Sabirabad, İmişli, Göyçay, Kürdəmir, Ucar, Yardımlı, Cəlilabad, Astara, Lerik, Masallı, Biləsuvar rayonlarında və  Mingəçevir, Lənkəran, Şəki şəhərlərində  qadın bələdiyyə üzvləri və sədrləri üçün təlimlər keçirilmişdir.