Uşaqların Beynəlxalq Müdafiə Günü!

3 июня 2013

Поделиться:

01.06.2013-cü il tarixində Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində  Uşaqların Beynəlxalq Müdafiə Günü qeyd olundu. Mərkəzə toplaşan 60-a yaxın uşağa müxtəlif hədiyyələr təqdim olundu. Bu uşaqların içərisində xüsusi qayğıya ehtiyaclı uşaqlar da var idi. Sonra tədbir Goranboy rayon Mərkəzi parkda-bayram şənliyində davam etdirildi. Uşaqların mahnı və şer töhfələri bəyənildi. Həmçinin bayram şənliyində uşaqların əl işlərindən ibarət sərgi də nümayiş etdirildi. Mərkəzin bu istiqamətdə gördüyü işlər qonaqlar və rayon rəhbərliyi tərəfindən qiymətləndirildi.