Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində Novruz şənliyi.

18 марта 2013

Поделиться:

18 Mart 2013-cü il tarixində Göygöl UADM-də az təminatlı ailələrdən, qaçqın və məcburi köçkün ailələrdən olan və sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz bayram şənliyi keçirildi. Şənlikdə mərkəz fəaliyyətlərindən bəhrələnən 62 uşaq və valideynləri iştirak etmişdir.  Göygöl Mədəniyyət evinin “Bahar” rəqs qrupunun uşaqları tədbirin qonağı olmuş, xalq rəqsləri ilə bayrama şənliyinə novrüz ovqatı qatmışlar.
Sonda uşqalar bayram xonçalarının ətrafına dəvət edilmiş və hər birinə bayram sovqatı  hədiyyə edilmişdir.