Ağdamda köçkün uşaqlarla Yeni il şənliyi

24 декабря 2014

Поделиться:

24 dekabr 2014-cü ildə Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi Ağdam rayonunda köçkün qəsəbələrdə məskunlaşan imkansız köçkün ailələrdən olan 70 nəfər uşaqla Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramını qeyd etdi. Şənlikdə aktiv terapiya xidmətindən bəhrələnən sağlamlıq imkanları məhdud uşaqlarımız, onların valideynləri və digər qonaqlar  iştirak edirdilər.

Yeni il şənliyində  iştirak edən uşaqlar gözəl bayram sevinci yaşadılar. Onlar Yeni il üçün bəzənmiş şam ağacı ətrafında rəqs etdilər, şer dedilər, Şaxta baba və Qar qızın hədiyyələrini qəbul etdilər, mərkəz tərəfindən hazırlanmış şirniyyata qonaq oldular , Şaxta baba və Qar qızla xatirə şəkilləri çəkdirdilər.

Tədbirin sonunda Ağdam UADM-in fəaliyyətindən bəhrələnən serebral iflicli uşağa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən göndərilmiş əlil arabasını təqdim etdi. Uşağın  anası uşağına göstərilən diqqət və qayğıya görə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin kollektivinə  minnətdarlıq etdi.