Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən köçkünlərlə Novruz şənlikləri keçirildi

19 марта 2015

Поделиться:

 Ağdam  Uşaq və Ailələrə Dəstək Mərkəzi Novruz bayramı ərəfəsində qaçqın və məcburi köçkün qəsəbələrində,  hərbi  hissədə əsgərlərlə və orta məktəbdə, uşaq baxçasında köçkün uşaqlarla  silsilə bayram şənlikləri keçirdi.  

Mərkəz tərəfindən təşkil edilmiş bayram şənliklərində milli bayramımızın keçirilməsi adətlərindən bəhs edildi. Mərkəz tərəfindən hazırlanmış bayram xonçaları ilə sərhədə yaxın ərazidə, N saylı hərbi hissədə əsgərlərə baş çəkildi. Əsgərlərlə bayram şənliyi Ağdam rayonu Güllücə musiqi məktəbinin kollektivi ilə birgə keçirildi.

İkinci 4 Yol qəsəbə orta məktəbində şagirdlərlə və Birinci 4 Yol qəsəbə Körpələr evi və uşaq baxçasında uşaqlarla, onların valideynləri ilə, müəllimlər və tərbiyəçilər ilə, Ağdam rayon İcra Hakimiyyəti nümayəndəsi, qəsəbə icra nümayəndəsi, Gənclər təşkilatının nümayəndələri ilə birgə şənliklər davam etdi.

Köçkün qəsəbələrində 10 imkansız və xüsusi qayğıya ehtiyacı olan ailəyə bayram sovqatı  paylandı.