Ağdam rayonunda məcburi köçkün gənclər arasında Voleybol yarışı keçirildi

14 апреля 2015

Поделиться:

14 aprel 2015-ci il tarixində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin dəstəyi ilə  məcburi köçkün gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə voleybol yarışı keçirildi.

Voleybol yarışında Birinci, İkinci 4 Yol və Təzəkənd qəsəbə sakinləri, yeniyetmə və gənclərdən ibarət komandalar iştirak edirdilər. Qəsəbə sakinləri tərəfindən maraqla izlənilən yarış məşqçi tərəfindən idarə edilməklə bərabər, iştirakçıların təhlükəsizliyini və sağlamlığını təmin etmək üçün ərazi polis bölməsinin və tibb məntəqəsinin nümayəndələri də iştirak edirdilər.

İdman yarışlarını təşkil edib yeniyetmə və gəncləri həmin yarışlarda iştirak etməyə həvəsləndirməklə, onları  asudə vaxtlarını daha çox müsbət fəaliyyətə cəlb etməyə, zərərli vərdişlərə aludə olmamağa, siqaret, spirtli içkilər, narkotik maddələr və internetdən gərəksiz istifadədən uzaq olmağa səsləyirik.