“Ətraf Mühiti Qoruyaq”

5 октября 2015

Поделиться:

Oktyabrın 5də Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Ətraf Mühiti Qoruyaq” devizi altında maarifləndirici tədbir keçirilmişdir. Tədbir Mərkəzin həyətyanı sahəsində Mərkəzdən bəhrələnən uşaqların və valideynlərin iştirakı ilə keçirilmişdir.

Tədbirdə təbiəti qorumağın və təmizliyə riayət etməyin vacib olduğu vurğulanmışdır. Uşaqlar təbiətə mənfi təsir edən amillər və bitkilərin təbiətə verdiyi faydalar haqqında məlumatlandırılmış, böyüklərin köməkliyi ilə Mərkəzin həyətyani sahəsində gül kolları əkib, ağacları sulamışdırlar.