YURDDA SÜLH CAHANDA SÜLH

12 сентября 2014

Поделиться:

12 sentyabr 2014-cü il tarixində Sabirabad UADM- də, BMT-nin 21 sentyabr 1981 – ci ildə təsis etdiyi və əksər dövlətlərin ümumbəşər sülh naminə qatıldığı və dəstəklədiyi  “21 sentyabr Beynəlxalq Sülh Günü” nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə mərkəzin qeydiyatında olan qüsurlu və aztəminatlı ailələrdən olan uşaqlar və onların valideyinləri iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu, sonra isə mərkəzin direktoru Ş. Əbilova uşaqları sülh günü münasibəti ilə təbrik etdi onlara daima açıq səma altında firavan yaşamağı arzu etdi. UADM-nin  metodisti Ş.Rəsulova uşaqlara bu günün yaranma tarixindən, qeyd edilməsini zəruri edən faktlardan və faydası haqqında  uşaqlara geniş məlumat verdi. Tədbir mərkəzin qeydiyyatında olan uşaqların Sülh Gününə  hazırladıqları kompozisiya ilə davam etdi.

Uşaqlar  sülhə aid şeir deyib, mahnı oxuyub, rəqs etdilər sonda açıq səmaya rəngarəng şarlar və sülh quşu rəmzi olan göyərçin uçurtdular.