“Uşaq hüquqları konvensiyası “nın qəbul olunması günü münasibəti ilə tədbir

20 ноября 2014

Поделиться:

20.11.2014-cü il tarixində Sabirabad UADM-də  “Uşaq hüquqları konvensiyası “nın qəbul olunması günü münasibəti ilə tədbir keçirildi.  Tədbirdə Sabirabad rayonundan, Bakı şəhərində keçirilən III Ümumrespublika Uşaq Forumunda iştirakedən1 saylı məktəbdən Axundova Miradə, 5 saylı məktəbdən Aslanlı Emin, 8 saylı məktəbdən Cəfərov İsmayıl və Qəzli kənd orta məktəbindən Rəhimova Simarə və onların həmyaşıdları, müəllimləri iştirak etdilər.

Dəyirmi masada, ilk növbədə UADM-nin direktoru Ş.Əbilova, uşaqları,forumda iştirak etmələri münasibəti ilətəbrik etdi, sonra forumda iştirak edən uşaqlara söz verildi, Cəfərov İsmayıl forumda müzakirə olunan ekoloqiyanın qorunması istiqmətində görülən işlərin genişləndirilməsi mövzusuna toxundu, ağacların əkilməsi, zibilliklərintəmizlənməsi və s. bu yönümdə işlərin çoxaldılmasını uşaqlara təklif etdi, maarifləndirici vasitə kimi məktəblərdə elektron tabloların yerləşdirilməsini təklif etdi. Digər forum iştirakçısı Axundova Miradə orada müzakirə olunan vətənpərvərlik mövzusuna toxundu, uşaqlarda vətənpərvərlik hisslərini daha geniş aşılanması üçün məktəblərdə hərbi hazırlıq, bədən tərbiyə, ailə mövzularında dərslərin daha geniş şəkildə keçirilməsinin vacibliyini vurğuladı. Sonra mərkəzin metodisti Ş.Rəsulova  “Uşaq Hüquqları Konvensiyası“ onun yaranma səbəbindən, tarixindən, ölkəmizə ratifikasiya olunmasından, bənd və maddələrindən uşaqlara geniş məlumat verdi. Dəyirmi Masada qısa olaraq digər saglam ətraf mühit, erkən nikah,  reproduktiv hüquqlar kimi mövzulara da toxunuldu. Sonda müəllimələr çıxış edərək, uşaqlara bu mövzularda təlimlərin keçirilməsinin faydalılığından danışdılar və davamlı olmasını istədiklərini bildirdilər.