“ İnsan alverinə qarşı mübarizə” mövzusunda dəyirmi masa

29 января 2014

Поделиться:

29.01.2014-cü il tarixində Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzində 1 saylı M. Ə. Sabir adına orta məktəbin və 5 saylı N. Gəncəvi adına məktəbin yuxarı sinif şagirdlərinə “ İnsan alverinə qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirildi.

Dəyirmi masada İnsan alveri nədir? Onun qurbanı əsasən kimlər olur? Özümüzü bu təhlükədən necə qorumalı? suallarına açıqlıq gətirildi. İnsan alveri qurbanları ilə bağlı dünyada və Azərbaycanda olan statistika və ölkəmizin bu halların azaldılması istiqamətində dövlətimiz tərəfindən görülən işlərdən, BMT-nın Transmilli cinayətkarlara qarşı insan alverinin qarşısının alınması haqqında tərtib olunan protokola qoşulması, 2014-2018-ci illəri əhatə edən Milli Fəaliyyət Planının tərtib olunması, Azərbaycan Respublikasının 30 maddədən ibarət olan İnsan Alverinin Qarşısının Alınması haqqında qanunu barədə uşaqlara geniş məlumat verildi.

Sonra uşaqlara insan alverinin qurbanına çevrilməmək, ilkin təlimatlara yiyələnmələri üçün əvvəlcədən tərtib edilən  təlimatlandırıcı broşur paylanıldı.