Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi uşaqlar üçün tədbir təşkil etdi

26 июля 2016

Поделиться:

İyulun 26-da Sabirabad  Uşaq və Ailələrə Dəstək Mərkəzində uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə tədbir keçirilmişdir.Tədbirdə sağlam uşaqlarla yanaşı, sağlamlıq imkanları məhdud uşaqlar da iştirak etdi.

Təşkil olunmuş gün ərzində uşaqlarla fərqli əyləncəli, intellektual oyunlar təşkil edildi, səhnəciklər göstərildi, nağıllar danışıldı, cizgi filmi izlənildi, rəqs və rəsm yarışması keçirildi.    Maraqlı keçən gün uşaqların sevincinə səbəb oldu.