25 noyabr qadınlara qarşı zorakılığın ləğv olunması” gününə həsr olunmuş tədbir keçirilib

18 ноября 2015

Поделиться:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi cəmiyyət üzvləri arasında qadına qarşı zorakılığın və bütün növ ayrı-seçkiliyin ləğv olunması məqsədilə mütəmadi olaraq, silsilə tədbirlər həyata keçirir. Bu silsilədən növbəti tədbir “25 noyabr qadınlara qarşı zorakılığın ləğv olunması” gününə həsr olunaraq, 18 noyabr 2015-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Xəzər rayon Gənclər evində  keçirilib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Xəzər rayon Gənclər Evinin və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri çıxış edərək, qadınlara qarşı zorakılıq, onun növləri, məişət zorakılığı, onun qarşısının alınması yolları və bu işdə gənclərin rolu barədə danışıblar.

Sonda tədbir iştirakçılarına mövzu ilə bağlı film nümayiş etdirilib və maarifləndirici çap materialları paylanılıb.