“Zorakılığa yox” adlı kampaniyaya başlanılıb

19 ноября 2015

Поделиться:

UNESCO-nun 70 illiyi  və uşaq aylığı çərçivəsində Ailə, Qadın  və Uşaq Problemləri  üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının UNESCO mərkəzi və ASAN könüllüləri ilə birlikdə “ZORAKILIĞA YOX” adlı kampaniyaya  başlayıb.

Kompaniya çərçivəsində 19 noyabr 2015-ci il tarixində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin benefisiarı olan 20 uşaq üçün 5 saylı ASAN xidmət Mərkəzində uşaq hüquqları mövzusunda təlim tədbiri keçirilib. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva iştirak edib.

Təlim zamanı öz fəallığı ilə seçilən uşaqlar sertifikatla təltif ediliblər.