Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin “Uşaq Hüquqları Konvensiyası günü” nə aid tedbir keçirildi

1 марта 2015

Поделиться:

Tədbir Zaqatala rayon incəsənət məktəbində aztəminatlı ailələrin, risk qrupuna aid olan uşaqlarin istirakı ilə keçirildi.Tədbirdə 120 nəfər iştirak edirdi.Uşaqlardan əlavə tədbirdə Rayon İcra Hakimiyyətinin muavini Vəfa Süleymanova, Mədəniyyət şöbəsinin rəisi Zümrüd Ağakişiyeva, Qeydiyyat şöbəsinin rəisi Aybəniz Kələşöva və məktəb direktorları qonaq qismində iştirak edirdilər.

Tədbirin keçirilməsində  məqsəd uşaqların hüquqlarını müdafiə etmək, uşaqları və valideynləri maarifləndirmək, uşaq hüquqlarını təbliğ etmək, zorakılığa və hüquq pozuntusuna məruz qalan uşaqların hüquqlarını  müdafiə etməkdir.

Tədbiri giriş sözü ilə mərkəzin direktoru Cövhərət İbrahimova açıb,qonaqları, valideynləri, uşaqlari salamladı. “Uşaqlar öz hüquqlarını bilməlidirlər!”, uşaq hüquqları və müdafiəsi istiqamətində mərkəzin təlimçi metodisti Şəhla Şabanova məlumat verdi.

Mərkəzin metodisti Günel Ömərova, psixoloqu İlahə Sulxayeva və gələn qonaqlar çıxış etdlər. Tədbirdə İncəsənət məktəbinin şagirdlərinin hazırladığı konsert proqramina baxıldı və şagirdlərin şeirləri dinlənildi.