Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirmişdir

26 августа 2016

Поделиться:

Saatlı UADM avqustun 26-da Əlisoltanlı kəndində Fin evlərində yaşayan qaçqın və məcburi köçkünlərindən ibarət olan gənc qızlarla “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda  tədbir keçirmişdir.

Tədbirdə 13-18 yaşlı qız iştirakçılarına mövzu haqqında məlumat verilmişdir. Statistik məlumatlardan danışılmış və reproduktiv sağlamlığın ailə planlaşmasında mühüm rol oynadığından bəhs olunmuşdur.

Sonda iştirakçıları maraqlandıran sualları cavablandırılmışdır. Digər mövzularla da bağlı məlumatlar verilmişdir.