Goranboy rayonu Rəhimli kənd tam orta məktəbində “Uşaq Hüquqları” mövzusunda tədbir keçirilib

10 декабря 2015

Поделиться:

Dekabrın 8-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Goranboy rayonu Rəhimli kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri üçün “Uşaq Hüquqları” mövzusunda tədbir keçirilib.

Tədbir mövzu ilə bağlı qısametrajlı  filmlərin nümayişi ilə başlayıb. Seminar məktəb şagirdləri və müəllimlərin iştirakı ilə baş tutub. Çıxış edənlər Uşaq Hüquqları Konvensiyasının yaranma tarixindən danışaraq  qeyd  ediblər  ki, bu  sənəd  uşaqların  yaşaması  və  inkişafı  üçün zəruri  olan  minimum  standartları  müəyyən  edir.