“Beynəlxalq ailə günü” münasibətilə Uşaq və Ailələrə Dəstək Mərkəzləri silsilə tədbirlər keçirib

15 мая 2016

Поделиться:

15 may “Beynəlxalq Ailə günü” münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəznində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.Zaqatala UADM-nin təşkil etdiyi “Örnək olacaq ömür” adlı tədbirdə rayonda yaşayan, 54 il birgə ömür sürmüş Həsənovlar ailəsi və rayonun digər nümunəvi ailələri iştirak edib. Ağdam UADM xüsusi qayğıya ehtiyacı olan, ailə başçısını itirmiş gənc ailələrlə görüşlər keçirib. Goranboy, Zərdab, Qəbələ, Şüvəlan və Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzləri “ailə institunun gücləndirilməsi” mövzusunda dəyirmi masalar təşkil edib.

Tədbirlərdə çıxış edənlər  milli-mənəvi dəyərlərin qorunaraq gələcək  nəsillərə ötürülməsi, valideyn məsuliyyəti, ailədə asayişin qorunması, uşaqların vətənpərvər, böyüklərə hörmət, kiçiklərə qayğı ruhunda tərbiyə olunması mövzularında dəyərli fikirlər söylənilib, müzakirələr aparılıb. Qeyd edilib ki, sağlam ailə sağlam cəmiyyət deməkdir. Müxtəlif sosial təbəqələrdən olan sağlam fikirli, nümunəvi ailələr təbliğ olunmalı, yeni ailə quracaq gənclər bu sahədə maariflənməlidirlər.