Narkotiklərdən zərər çəkmiş yeniyetmə və gənclərin fərdi reabilitasiyasını həyata keçirmək yolları haqqında dəyirmi masa keçirildi

28 июня 2016

Поделиться:

İyunun 28-də Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi narkotikdən zərər çəkmiş köçkün yeniyetmə və gənclərin fərdi reabilitasiyasını və icmaya reinteqrasiyasını həyata keçirmək yolları haqqında rayonun Ikinci 4 Yol qəsəbəsində fəaliyyət göstərən Güllücə kənd xəstəxanasının tibb işçiləri ilə dəyirmi masa keçirmişdir.

Dəyirmi masa iştirakçıları müzakirələr zamanı əvvəlcə ərazidə yaşayan narkotika aludəçilərinin aşkarlanması və qeydiyyata alınması yolları haqqında, həmin yeniyetmə və gənclər arasında narkotik maddələrin istifadəsinin zərərləri  və qarşısının alınması yolları barəsində təbliğatın necə aparılması haqqında fikirlər söylənmişdir.

Dəyirmi masada Mərkəzin direktoru məişət zorakılığı və qarşısının alınması, erkən nikahlar və onların fəsadları, qadın hüquqlarının qorunması, sağlam ətraf mühit və sağlam həyat tərzi mövzularına da toxunaraq zərər çəkən insanlara dəstək ola biləcək mərkəzin fəaliyyətindən bəhs etmişdir.