“Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək

30 марта 2017

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, Respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtın səmərəli şəkildə təşkili, onların ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.

Bu istiqamətdə keçirilən layihələrin davamı olaraq, “Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbirin 31 mart 2017-ci il tarixində saat 12:00-da Azərbaycan Dövlət Pedagoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedagoji Kollecində keçiriləcək. Tədbirdə  ekspert qismində “Sağlam ailə” Tibb Mərkəzinin əməkdaşlarının  iştirakı  da  nəzərdə tutulur.

Layihə çərçivəsində keçiriləcək tədbirdə sağlam həyat tərzi, reproduktiv sağlamlıq , erkən nikah, nikahdan əvvəl tibbi müayinənin təbliği,  ailə planlaşdırılması, uşaqların ana südü ilə qidalanması, qeyri–infeksion xəstəliklərin profilaktikası, talassemiya ilə mübarizə və ziyanlı vərdişlərin (narkomaniya, alkoqolizm, siqaret, QİÇS) yaratdığı fəsadlar və digər mövzular ətrafında müzakirələr keçiriləcəkdir.