“Mən həyatı seçirəm” adlı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək

2 мая 2017

Поделиться:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sağlam həyat tərzinin və nikahdan əvvəl tibbi müayinənin təbliği, əhalinin, xüsusilə yeniyetmə və gənclərin reproduktiv sağlamlıq, ailə planlaşdırılması, erkən nikah və ziyanlı vərdişlərin (narkomaniya, alkoqolizm, siqaret, QİÇS) yaratdığı fəsadlar barəsində maarifləndirilməsi məqsədilə 2016-cı ildən etibarən “Mən həyatı seçirəm” adlı maarifləndirmə layihəsi həyata keçirilir.

Layihə çərçivəsində  növbəti  tədbirin 15 may “Beynəlxalq Ailə Günü”nün tədbirlər planına əsasən  4 may 2017-ci il tarixində saat 10:00-da Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “Gilavar” sanatoriyasının mədəniyyət evində məskunlaşan  Şuşa rayonundan olan qaçqın və məcburi köçkün ailələri ilə üçün keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirdə ailələrlə görüş, onları maraqlandıran sualların cavablandırılması, eyni zamanda ailələrin tibbi müayinəsi nəzərdə tutulur.

Tədbirin əhəmiyyətini nəzərə alaraq, KİV nümayəndələrini bu sahədə fəal əməkdaşlığa dəvət edirik.