“Bakı Metropoliteni” QSC-nin əməkdaşları üçün “Azərbaycan ailə modeli: dəyərlər və ənənələr” mövzusunda tədbir keçiriləcək

22 мая 2017

Поделиться:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərin, eləcə də ailə dəyərlərinin təbliği, ailə-nikah münasibətləri, erkən nikah və digər mövzularda mütəmadi olaraq, maarifləndirmə layihələri həyata keçirilir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış Əməkdaşlıq haqqında memorandumun icrası ilə bağlı nəzərdə tutulmuş Tədbirlər Planına əsasən, 24 May 2017-ci il tarixində Bakı metropoliteninin əməkdaşları üçün “Azərbaycan ailə modeli: dəyərlər və ənənələr” mövzusunda tədbir keçiriləcəkdir.

Tədbir 24 may 2017-ci il tarixində saat 11:00-da “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Təlim-tədris Mərkəzində keçiriləcəkdir. (Ünvan: Azadlıq 42)

Tədbirin əhəmiyyətini nəzərə alaraq, KİV nümayəndələrini fəal əməkdaşlığa dəvət edirik.