Film Festivalı 2017

1 октября 2016

Поделиться:

2009-cu ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi” adlı film festivalı böyük uğurla həyata keçirilir. Festivalın əsas məqsədi dövlət ailə siyasətinin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliğidir.

2014-cü ildən etibarən festival çərçivəsində “Həyatdan şəkilə” adlı foto müsabiqə də həyata keçirilir.

2009-cu ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu  və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi” film festivalı, 2014-cü ildən etibarən isə festival  çərçivəsində “Həyatdan şəkilə” adlı fotomüsabiqə böyük uğurla həyata keçirilir.

Festivalın keçirilməsinin məqsədi  kinematoqrafiya və fotoqraf sənətçiliyinin imkanlarından istifadə etməklə dövlət ailə siyasətinin həyata keçirilməsi,  milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, cəmiyyətdə mövcud olan problemlərin işıqlandırılması, gənclərdə yaradıcılıq qabiliyyətinin aşkar olunması və bədii zövqün inkişaf etdirilməsi, video  və foto materiallardan ibarət fondun zənginləşdirilməsi və təqdim edilən işlərin maarifləndirmə məqsədilə cəmiyyət üzvlərinə nümayişidir.

Hər il olduğu kimi bu il də, festivalın peşəkar səviyyədə  və geniş miqyasda  keçirilməsini təmin etmək üçün müsabiqə elan edilir. Müsabiqəyə təqdim olunan işlər ictimaiyyətin görkəmli elm, mədəniyyət xadimlərindən və aidiyyəti qurumların nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. “Azərbaycan ailəsi” film festivalının keçirilməsinin şərtlərini, qaliblərin müəyyənləşdirilməsi və mükafatlandırılması qaydalarını özündə əks etdirən əsasnamə  və iştirakçılar üçün anket Təşkilat Komitəsi tərəfindən hazırlanmışdır.