“Sülh günü” mövzusunda tədbir

23 августа 2016

Поделиться:

23  avqust  2016-cı il tarixində Hacıqabul rayonunda “Lalə” uşaq bağçasında “Sülh günü” ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə Mərkəzin əməkdaşları və  12 nəfər bağçanın müəllim və uşaq heyəti  iştirak etdilər. Tədbiri giriş sözü ilə Mərkəzin direktor əvəzi Y. Hüseynova açdı. Y.Hüseynova  uşaqlara sülh haqqında ətraflı məlumat verdi.

Mərkəzin metodisti Y.Sevdimaliyeva “Qoy həmişə sülh olsun” mövzusu ilə uşaqları məlumatlandırdı. Bağçanın müdirəsi Rəmziyyə Əliyeva uşaqların vətənpərvərlik ruhunda yetişməsindən, tərbiyələnməsindən bəhs etdi. “Hacıqabul” qəzetinin əməkdaşı Səadət Kərimova da öz çıxışını uşaqlara “Gəlin, birləşərək sülhü qoruyaq” mövzusu ilə müraciət etdi. Tədbirin sonunda uşaqlar sülh, vətənpərvərlik mövzusunda şeirlər söylədilər.

Tədbir “Hacıqabul” qəzetində işıqlandırıldı.